Həzrət Davudun Calut ordusu üzərində qələbəsi Quran ayələrində


Digərləri 01 Dek 2018 20:55:00 249 0

Həzrət Davudun Calut ordusu üzərində qələbəsi Quran ayələrində

Tarixi mənbələrə əsasən rəbiul-əvvəlin 20-si Calut ordusunun məhv edilməsi və Hz. Davudun (ə) qələbə qazandığı gündür.

Qurani Kərim özündə əxlaqi və şəri hökümlərlə bərabər tarixi mövzuları da əks etdirir.

Bu mözulardan biri də Calutun tarixçəsidir. Calutun adı Quranda 3 dəfə çəkilmişdir. O zalim və düşmən kimi xatırlanır.

Calutun adı Bəni-İsrail qövmu ilə birgə çəkilir. Xususən də Talutla və Davud (ə) peyğəmbərlə döyüşləri xatırlanır.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, Bəni İsrailin daima peyğəmbəri olub, hər zaman başlarının üstündə bir peyğəmbər rəhbərlik edib. Onlar da bu peyğəmbərlərin hesabına müxtəlif imtiyazlar əldə ediblər. Bu imtiyazlardan biri də hər zaman başlarının üzərində bir rəhbər peyğəmbərin olması idi.