Parisdə etirazlar zamanı xəsarət alanların sayı artıb VİDEO


Dünya 01 Dek 2018 20:44:00 237 0

Parisdə etirazlar zamanı xəsarət alanların sayı artıb  VİDEO

Fransanın paytaxtı Parisdə benzinin qiymətinin artırılmasına qarşı keçirilən etiraz aksiyası zamanı xəsarət alanların sayı 65 nəfərə çatıb.

Son.az "Report"a istinadən bildirir ki, onlar arasında 11 polis əməkdaşı da var. Yaralıların vəziyyəti barədə məlumat verilmir.

Qeyd edək ki, "sarı jiletlərin" yanacaq qiymətlərin artırılmasına görə etiraz aksiyaları noyabrın 17-də başlayıb. Etirazçıların ilk tələbləri benzinin qiymətinin ucuzlaşması olub. Bu gün keçirilən aksiyada iğtişaşlar baş verib.


Xəbərə aid video