Çaya, kofeyə və ya alkoqola «məhəbbət»


Digərləri 01 Dek 2018 20:25:00 209 0

Çaya, kofeyə və ya alkoqola «məhəbbət»

Alimlər müəyyən ediblər ki, sevimli içki seçimi hər şeydən əvvəl, insanın acı dadı necə qəbul etməsindən asılı olur.

Son.az medicina.az-a istinadən bildirir ki, "Scientific Reports" jurnalında beynəlxalq alimlər qrupunun apardığı tədqiqat işinin nəticələri dərc olunub. Onlar müəyyən etmək istəyiblər ki, dadın qəbulu içkinin seçilməsinə təsir göstərirmi?

Məlum olub ki, bir çox hallarda sevimli içkini insana genlər "sırıyır". Mütəxəssislər Böyük Britaniyanın biobankından 438 nəfəri seçib, anketin suallarına cavab verməyi onlardan xahiş ediblər. Alimlər biobankdan həm də tədqiqat iştirakçılarının genomunu əldə ediblər. Respodentlərdən soruşublar: tez-tezmi çay, kofe, alkoqol içirlər və bu içkilərdən hansı onların xoşuna gəlir?