Ərdoğan və Putin G20də görüşdü FOTO


Dünya 01 Dek 2018 19:51:00 298 0

Ərdoğan və Putin G20də görüşdü  FOTO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin G20 sammiti çərçivəsində görüşü baş tutub.

Son.az oxu.az-a istinadən bildirir ki, Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlu və Rusiya XİN rəhbəri Sergey  Lavrov da iştirak edib.

"Həyati mövzularda fikir mübadiləsi aparmaq şansımız oldu", - görüş öncəsi Ərdoğan qeyd edib.

O bildirib ki, İdlib məsələsini müzakirə etməyi hər iki tərəf önəmli hesab edir:

"İdliblə əlaqədar müzakirə aparmağı önəmli hesab edirik. Qısa da olsa, dar çərçivədə İdliblə əlaqədar atmalı olduğumuz addımlar olduğuna inanıram. Türk axını ilə bağlı gerçəkləşdirdiyimiz görüşlər böyük əhəmiyyətə malikdir. İdliblə bağlı İstanbuldalı dördlük zirvəsi vacib idi".


Xəbərə aid fotolar