Qədr surəsi oxumağın fəziləti və tükənməyən bərəkəti


Digərləri 01 Dek 2018 19:55:00 1408 0

Qədr surəsi oxumağın fəziləti və tükənməyən bərəkəti

Qədr surəsi Qurani Kərimin 97-ci surəsidir. Bu surə Ramazan ayında bir gecənin adıyla bağlıdır. Bu gecə Allah dərgahında çox əhəmiyyətə malik olan gecələrdəndir. Çünki bu ilahı rəhmət olan Quran bu gecədə nazil olmuşdur.

Allahın kitabında olan hər bir kəlmənin, hər bir hərfin sirr dolu hikməti olduğu kimi böyük mənəvi təsiri, xeyir-bərəkəti vardır. Quran oxuyan kəs elm, mərifət əldə etməklə yanaşı, həm də böyük nuraniyyət əldə etmiş olur. Bu səbəbdən daima möminlərə Quran tilavəti tövsiyə olunur.

Son.az islaminsesi.info-ya istinadən bildirir ki, hər bir kəlmə və ayənin özünə məxsus bərəkəti olduğu kimi Qədr surəsinin də özünə məxsus, saymaqla bitməyən fəzilətləri vardır. Bu barədə hədislərdə belə buyrulur:

1-İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr" surəsini vacib namazlarının birində oxuyarsa, carçı car çəkər: "Ey Allah bəndəsi! Keçmiş günahların bağışlanıldı, əməllərinə yenidən başla!"".

2-İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr" surəsini suya oxuyar və onu içər - Allah onun gözündə nur qərar verər". 3-İmam Rza (ə) buyurur: "O mömin ki, dəstəmaz alan zaman "Qədr" surəsini oxuyar, günahlarından xaric olar. Anasından doğulduğu gün kimi". 4-İmam Sadiq (ə) buyurur: "Hər kim "Qədr" surəsini şəfaətçi qərar verər və Allah Təaladan istəyi olar - Allah şəfaətini qəbul edər və istəyini yerinə yetirər".