İpoteka krediti alanların sayı və yeri


Digərləri 01 Dek 2018 19:33:00 295 0

İpoteka krediti alanların sayı və yeri

İpoteka və Kredit Zəmanət Fondunun xətti ilə verilən ipoteka kreditlərinin sayı və məbləği açıqlanıb.

Son.az fed.az-a istinadən bildirir ki, fondun xətti ilə indiyədək 24 min 730 ipoteka krediti verilib.

Fondun vəsaitləri hesabına verilmiş ipoteka kreditləri üzrə məbləğ 1 milyard 181 milyon 704 min 474 manatdan çoxdur.

Bu kreditlərdən 7 036-sı güzəştli kreditlərdir.