Dünya insulin çatışmazlığı ilə üzüzə qalacaq


Digərləri 01 Dek 2018 19:35:00 287 0

Dünya insulin çatışmazlığı ilə üzüzə qalacaq

Qeyri-sağlam həyat tərzi və piylənmə səbəbindən bütün dünyada diabet xəstələrinin sayı get-gedə artır. Məlumdur ki, gündəlik olaraq diabet xəstələrinə insulin inyeksiyaları vurulur. Proqnozlara görə, yaxın 10 ildə dünya insulin çatışmazlığı ilə üz-üzə qala bilər.

Son.az medicina.az-a istinadən bildirir ki, hal-hazırda dünyada II tip şəkərli diabetdən əziyyət çəkən 20-79 yaş arası insanların sayı 400 milyona yaxındır. Bu rəqəm 2030-cu ilə qədər 500 milyona qədər artacaq. Beləliklə də insulinə olan tələbat 20% çoxalacaq. Amma bəzi Asiya və Afrika ölkələrində yaşayan və insulinə tələbatı olan bir çox insan onu əldə edə bilməyəcək.