İflic xəstələrin kompyuterdən istifadəsi asanlaşır


Digərləri 01 Dek 2018 19:20:00 216 0

İflic xəstələrin kompyuterdən istifadəsi asanlaşır

Araşdırmaçıların uzun müddət davam edən işlər nəticəsində hazırladığı beyin implantı, iflic xəstələrin kompyuter istifadəsi adına yeni bir ümid işığı doğurdu.

İflic üçün həll, artıq xəyal olmaqdan çıxır. Elm insanlarının yaratdığı yeni implant sayəsində iflic səbəbilə yeriyə bilməyənlərin yeriməsi mümkün hala gələ bilər.

Son.az deyerler.org-a istinadən bildirir ki, boyundan aşağısı iflic olanların özləri üçün xüsusi olaraq yaradılmış kompyuter və proqramlar istifadə etmədən ətrafı ilə ünsiyyət qurması olduqca çətindir. Yoldaşlarına mesaj göndərmək, video izləmək kimi əsas kompyuter əməliyyatları üçün belə köməyə ehtiyac duyan bu insanlar, beyinlərinə yerləşdiriləcək bir implant sayəsində bu cür problemlərin öhdəsindən gələ biləcək.

BrainGate2 adlı elektrodlar silsiləsindən ibarət olan bu sistem, nevroloji narahatlıqlar və üzv itkilərindən çətinlik çəkən iflic xəstələrin kompyuter istifadəsi mövzusunda çarə ola biər.