Bakının ev bazarı:


Digərləri 01 Dek 2018 19:21:00 278 0

Bakının ev bazarı:

Bakıda mənzil sahibi olmaq istəyənlər üçün kompüter qabağına keçib ixtisaslaşmış daşınmaz əmlak saytlarında uyğun variant axtarmaq mümkündür.

Amma BBC News Azərbaycancanın bir neçə ay ərzində apardığı davamlı müşahidə göstərir ki, ev bazarında təklif olunan bir çox mənzil "bu günün elanı" altında yerləşdirilsə də, satışa aylar öncə çıxarılıb.

Əgər real qiymətlərə uyğun ev satışa çıxarılırsa, əmlak dərhal satılır, "amma hərə istədiyi qiyməti qoyub müştəri gözləyir", Bakıdakı əmlak satıçıları deyirlər.

Bakıda çoxlu yaşayış binaları tikildiyi halda hələ də qiymətlər hələ də yüksək qalır. Səbəb tələbatın çox olması kimi uzag edilir

Qiymətlər niyə fərqlidir?

Mənzillərin, evlərin qiymətləri isə əraziyə görə dəyişir. Metrostansiya yaxınlarında, şəhərin mərkəzində yerləşən evlərin qiymətləri daha bahadır. Məsələn, Elmlər Akademiyasında "xruşşovka" layihəli binalarda bir otaqlı ev 55-60 min manata təklif edilirsə, bu qiymətə Masazırda yeni tikilidə ikiotaqlı, təmirli mənzil almaq olar.

Bahalı mənzillərdə də eyni tendensiyadır: məsələn, Nərimanov metrostansiyası yaxınlığında yeni tikilidə 4 otaqlı, 275 kvadratmetrlik mənzil 650 min manatdırsa, Nizami metrostansiyası civarında 4 otaqlı, amma 195 kvadratmetrlik sahəsi olan mənzili də eyni qiymətə almaq olar.

Bakıda ev elanları arasında qiymətlər 15-20 min manatdan (bu məbləğə, adətən, bir otaqlı və "kupçasız" həyət evləri təklif edilir) 20 milyon manata qədər dəyişir.

"20 milyonluq villalar qalsın qırağa, heç 2-3 milyonluq villaların da alıcısı yoxdur", əmlak satıcısı Aynur Sadıqova şikayətlənir.

İxtisaslaşmış əmlak saytlarında minlərlə mənzil satışa çıxarılıb.

"Ev bazarında durğunluqdur".

Bəzi iqtisadçılar hətta yaxın aylarda bazarda ən yaxşı halda qiymətlərin sabit qalmasını, ən pis halda yüksələcəyini proqnozlaşdırır.

Əmlak satıcısının təcrübəsinə əsasən isə, "payız aylarında əmlak bazarında canlanma müşahidə olunmalı idi", ancaq əks proseslə üzləşiblər.

"Qiymətlər çox şişirdilib. Ona görə də əvvəl bir aya orta hesabla iki-üç alqı-satqı olurdusa, indi üç aya bir alqı-satqı olmur", o BBC News Azərbaycancaya deyir.

Aynur Sadıqova bu durğunluğu Türkiyədə lirənin qiymətinin aşağı düşməsinə bağlayır. O hesab edir ki, Azərbaycanın "əmlak bazarında yatırımın böyük hissəsi Türkiyəyə gedib".

Ev dəllaları deyir ki, mənzil bazarında qiymətlər həm süni qaldırılır, həm də bahalanmada 2016-cı ildən mənzil satışı ilə bağlı qanunun "sərtləşdirilməsi" rol oynayır.

Həmin qanuna görə, satılan mənzilin kvadratmetrinə görə faiz, vergi artırılıb, bu isə ucuz ev alıb baha satanların bazarına təsir edib.

"Real qiymət olanda iki günə satırıq"

Əmlak satıcısı Murad Qasımovun fikrincə, ev bazarındakı durğunluğun bir səbəbi də yüksək qiymətdir.