Bakını qara maskalı qızlar bürüyüb


Digərləri 01 Dek 2018 19:25:00 478 0

Bakını qara maskalı qızlar bürüyüb

Havaların soyuq keçməsi və kəskin virus respirator xəstəliklərin yayılması ilə əlaqədar insanların birdəfəlik tibbi maska taxması da aktuallaşır. Şəhərdə, nəqliyyatda çəkinmədən ağzında tibbi maska gəzdirən gənclərə daha sıx rast gəlmək olar.

Adətən tibbi maskanı 3 məqsədlə taxırlar:

- Qrip epidamiyası dövründə, soyuq aylarda ictimai nəqliyyatda və insan çox olan yerlərdə viruslardan qorunmaq;

- İnsan özü xəstələnibsə, digərlərini qorumaq və eləcə də xəstəliyin daha da ağırlaşmasının qarşısını almaq;

- Hər hansı əməliyyatdan sonra ağız, burun hissəni örtmək, qorumaq;

- Eləcə də onkoloji və leykoz xəstələri hər hansı mikroba tutulmamaq və sterilliyi qorumaq məqsədilə bu maskalardan istifadə edir.

Maskaların təsir müddəti cəmi bir neçə saatdır.