Bəşəriyyət tarixində 536cı il yaşayış üçün


Digərləri 01 Dek 2018 19:18:00 221 0

Bəşəriyyət tarixində 536cı il yaşayış üçün

Harvardlı orta əsrlər mütəxəssisi, tarixçi və arxeoloq Michael McCormick hesab edir ki, 536-cı il Yer üzündə insan yaşayışı üçün ən pis illərdən biri olub, bəlkə də ən pisi.

"Science" dərgisində dərc edilmiş məqaləsində alim iddia edib ki, həmin ildə müəmmalı duman Avropa, Yaxın Şərq və Asiyanın bir hissəsini 18 ay müddətinə - gecə və gündüz - qaranlığa qərq edib.

Nəticədə, 536-cı ildə yayda orta temperatur 1.5C-2.5C dərəcə aşağı düşüb - bu isə , öz növbəsində, son 2300 illik tarixdə ən soyuq onilliyə səbəb olub.

Həmin ilin yayında Çində qar yağıb, tarlalarda məhsul məhv olub, insanlar aclıq çəkib.

İrland salnamələrində 536-539-cu illər "çörək qıtlığı illəri" kimi qeyd olunub.

541-ci ildə Roma imperiyasının Misirdə yerləşən Pelusium limanında bubon taunu epidemiyası başlayıb.

Nəticədə, Roma İmperiyasının şərq hissəsində əhalinin 30-50 faizi qırılıb, həmin epidemiya Roma İmperiyasının süqutunu da tezləşdirib, McCormick deyir.

Görəsən, bu dağıdıcı hadisələrə təkan verən nə olub?

Qaranlıq saat

2010-ci ildə İslandiyada vulkan püskürməsi Avropa üzərində hava məkanının uçuşlar üçün bağlanmasına gətirib çıxardı.

Tarixçilərə məlumdur ki, 6-cı əsrin ortaları Avropa tarixində Qaranlıq Çağ deyilən dövr olub.

Lakin "buna nə səbəb olub" sualı uzun müddət cavabsız qalıb.

İndi Harvard Universitetinin tədqiqatçıları İşveçrədəki buzlaqdan götürülmüş buz parçasının yüksək dərəcədə dəqiq analizini keçirərək həmin sualın cavabını tapıblar.

536-cı ilin yazına aid olan buz nümunəsində iki mikroskopik vulkanik şüşə zərrəcikləri aşkar edilib.