Aşiq olduğu qadın üçün İngiltərə kral taxtından imtina edən Hersoq


Digərləri 01 Dek 2018 18:44:00 239 0

Aşiq olduğu qadın üçün İngiltərə kral taxtından imtina edən Hersoq

Şahzadə Edvard və Simpson Uollisin sevgisi tarixə damğa vurub.

Son.az ölkə.az-a istinadən xəbər verir ki, bu sevgi təkcə cütlüyün yox, bir ölkənin, bir krallığın gələcəyini dəyişdirdi. Edvard sevdiyi qadınla evlənə bilmək üçün kral olmaqdan vaz keçdi.

1894-cü ilin 23 iyun tarixində York hersoqu Georgun oğlu dünyaya gəldi. I dünya müharibəsi dövründə Edvard piyada alayında zabitlik etdi. Atası kral olduqdan sonra Qalliya şahzadəsi oldu. 1930-cu ildə evli qadın Simpson Uollis ilə tanış oldu. Cütlük qısa müddət ərzində bir-birinə aşiq oldu və bu, kralın xoşuna gəlmədi.

Amma Edvard aşiq olmuşdu. O, bu məsələni atasına deməyi planlaşdırsa da, Kral V Georg vəfat etdi və ilk qanuni varis kimi VIII Edvard adı ilə taxta çıxdı. 1936-cı ildə kral kimi ilk rəsmi səfərini Türkiyəyə etdi.

Uollis Edvard taxta çıxdığı il ərindən boşandı. Amma Edvardla evlənə bilməzdi çünki ingilis kral ailəsi Uollisin həm amerikalı olması, həm də iki dəfə ərə getdiyi üçün bu izdivaca icazə vermədi.

Uollis ilə evlənməyin tək yolu isə taxtı tərk etmək idi və VIII Edvard taxtdan çəkildi.


Xəbərə aid fotolar