Azərbaycan vətəndaşı Rusiyada cərimələndi


Digərləri 01 Dek 2018 18:24:00 235 0

Azərbaycan vətəndaşı Rusiyada cərimələndi

Rusiyanın Tomsk vilayətinin Oktyabrsk rayonunda məhkəmə Azərbaycan vətəndaşını cərimələyib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, bu barədə region prokurorluğunun mətbuat xidməti məlumat yayıb.

55 yaşlı azərbaycanlı alkoqollu içkilərin qanunsuz satışı ilə bağlı ittiham edilib.

Bildirilir ki, Azərbaycan vətəndaşı 2017-ci il dekabrın 7-dən 2018-ci il aprelin 26-a qədər üçüncü şəxsdən spirtli içkilər alıb və evdə öz tanışlarına satıb. Lakin onun satışa lisenziyası olmayıb.

Qeyd edilir ki, Azərbaycan vətəndaşı bundan əvvəl də eyni əmələ görə məsuliyyətə cəlb olunub.

Məhkəmənin qərarı ilə, azərbaycanlı 50 min rubl (təxminən 1 300 manat - red.) məbləğində cərimə edilib.

Son.az