Uşaqlar idmanla neçə yaşında məşğul olmalıdır?


Digərləri 01 Dek 2018 18:29:00 257 0

Uşaqlar idmanla neçə yaşında məşğul olmalıdır?

Son illər ölkədə valideynlər tərəfindən uşaqların müxtəlif idman növlərinə qoyulması halları artıb. Ölkədə idmana dövlət səviyyəsində qayğı göztərilməsi ailələri buna daha da həvəsləndirir. Lakin bəzən uşağın yaşı nəzərə alınmadan və onun fiziki göstəricilərinə uyğun olmadan seçilən idman uşağa xeyirdən çox ziyan vermiş olur. Bu da hələ sümüklərin inkişaf mərhələsində olduğu bir yaşda uşaqda qalıcı fiziki qüsura və daha ağır problemlərə səbəb ola bilir.

Maraqlıdır, uşaqların idmanla məşğul olmaq üçün ən ideal yaş dövrü hansıdır?

Son.az bildirir ki, bu barədə Axar.az-a danışan pediatr Altay Abdullaoğlu bildirib ki, valideynlər uşaqları yaş qruplarına və sağlamlıq vəziyyətlərinə uyğun olan idman növünə yönəltməlidirlər:

"İdman uşaqların həyatında çox önəmli məşğuliyyətlərdəndir. İdmanla məşğul olmaq uşaqların özgüvənlərini artırır, fiziki və ruhi inkişafına, sosial fəallığına çox faydalı təsir edir. Piylənmə də daxil olmaqla, bir çox xəstəliklərin əmələ gəlməsinin qarşısını alır.

Valideynlərin uşaqları yaş qruplarına və sağlamlıq vəziyyətlərinə uyğun olan idman növünə yönəltməsi vacibdir. Çünki uşaqlıq dövründə sümüklər, ürək əzələsi tam formalaşmır. Uşaqlıq dövründə edilən idmanlara ümumi inkişafetdirici hərəkətlər, rəqs, yeriş, qaçış və s aiddir.

Məsələn, 2-3 yaşı olan uşaqlar gimnastika, rəqs, qaçışla məşğul ola, nəzarət altında üzə bilərlər. Ancaq daha ağır, yorucu və riskli idmanlar həmin yaş üçün təhlükəlidir".