Banklarda xarici valyuta ilə bağlı limitlər müəyyənləşdi


Digərləri 01 Dek 2018 18:11:00 217 0

Banklarda xarici valyuta ilə bağlı limitlər müəyyənləşdi

Maliyyə Bazarlarına Nəzarət Palatası "Banklarda açıq valyuta mövqeyinin limitlərinin müəyyən edilməsi Qaydaları"nı təsdiq edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu Qaydalar Azərbaycanda fəaliyyət göstərən banklar və xarici bankların yerli filialları üçün məzənnə riskinin tənzimlənməsi məqsədi ilə açıq valyuta mövqeyinin müəyyən edilməsini və ona tətbiq edilən limitləri tənzimləyir.

Valyuta mövqeyi bankın xarici valyutada və bank metallarında olan tələb və öhdəlikləridir. Açıq valyuta mövqeyi bankın ayrı - ayrı xarici valyutalarda, habelə bank metallarında balans və balansdankənar tələblərinin və balans və balansdankənar öhdəliklərinin məbləğləri arasındakı fərqdir. Qısa açıq valyuta mövqeyi bankın hər hansı xarici valyuta öhdəlikləri məbləğinin onun tələbləri məbləğindən çox olduğu açıq valyuta mövqeyi,  uzun açıq valyuta mövqeyi bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğindən çox olduğu açıq valyuta mövqeyidir.

Məcmu açıq valyuta mövqeyi bütün uzun açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi ilə bütün qısa açıq valyuta mövqelərinin manat ekvivalentində məbləğlərinin cəmi arasında mütləq kəmiyyətcə böyük olan göstəricidir.

Qapalı valyuta mövqeyi bankın hər hansı xarici valyuta tələbləri məbləğinin onun öhdəlikləri məbləğinə bərabər olduğu valyuta mövqeyini ifadə edir. Açıq valyuta mövqeyi limiti açıq valyuta mövqeyinin manat ekvivalentinin bankın məcmu kapitalına nisbəti üzrə bu Qaydalarla müəyyən edilmiş limitdir.

Struktur valyuta mövqeyi valyuta risklərinin bankın kapitalına təsirini minimallaşdırmaq məqsədilə qəbul edilmiş uzunmüddətli valyuta mövqeləridir. Bu cür mövqeyə bankların xaricdə törəmə müəssisələr təsis etməsi, səhmlərini xarici valyutada emissiya edərək yerləşdirməsi və möhtəkirlik xarakterinə malik olmayan digər əməliyyatlar üzrə açılmış mövqeləri və s. aid edilir.

Hedcləşdirmə isə törəmə maliyyə alətləri, habelə forvard müqavilələri vasitəsilə mübadilə məzənnəsinin dəyişməsindən yarana biləcək itkinin qarşısının alınmasıdır. Sərbəst dönərli valyutaya (SDV) ABŞ dolları (USD), avro (EUR), Kanada dolları (CAD), yapon yeni (JPY), ingilis funt sterlinqi (GBP), İsveçrə frankı (CHF), Beynəldxalq Valyuta Fondunun xüsusi borcalma hüquqları (XDR), o cümlədən beynəlxalq reytinq agentlikləri tərəfindən verilmiş minimum "AA-" ölkə (suveren) borc reytinqinə (və ya buna ekvivalent digər reytinq dərəcəsinə) malik ölkələrin valyutalarıdaxildir.

Hər bir valyuta üzrə açıq valyuta mövqeyinin hesablanması zamanı aşağıdakılar nəzərə alınır:

- xalis spot mövqe (müvafiq xarici valyutada cəmi aktivlərdən cəmi öhdəliklər (hesablanmış faizlər daxil olmaqla) çıxılır);

- xalis forvard mövqe (forvard müqavilələri üzrə qəbul ediləcək və ödəniləcək məbləğlər arasındakı fərq);