Ukraynadan növbəti ilginc təklif:


Dünya 01 Dek 2018 17:54:00 234 0

Ukraynadan növbəti ilginc təklif:

Ukrayna Ali Radasının deputatı Andrey Teteruk rusiyalı qadınların ölkəyə girişinin qadağan edilməsini təklif edib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə Ukrayna televiziyası məlumat yayıb.

"Son illərdə biz ABŞ-da olduğu kimi Rusiya Federasiyasına casusluq edənlərin məhz qadınlar olmasının şahidi oluruq - bunlar Anna Çapman və Mariya Butinadır. Onlar öz fəaliyyətlərinin öhdəsindən ustalıqla gəldilər. Mən yalnız kişilər üçün məhdudiyyət tətbiq edilməsində bir anlam görmürəm", - o bildirib.