Bakıda manyakpedofilin hücumuna məruz qalan 9 yaşlı qızcığaz danışır:


Kriminal 01 Dek 2018 17:57:00 248 0

Bakıda manyakpedofilin hücumuna məruz qalan 9 yaşlı qızcığaz danışır:

Bakı Ağır Cinayətlər Məhkəməsində azyaşlı qızları binaların blokunda haqlayıb, onlara qarşı seksual hərəkətlər etməkdə, habelə qadınları soymaqda ittiham olunan 31 yaşlı Amil Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Son.az Virtualaz.org-a istinadən bildirir ki, manyak-pedofilin barəsində cinayət işinin başlanmasına səbəb ötən ilin iyununda Kəmalə Həsənova adlı qadının çantasını "aparması" olub. Qadının polisə şikayətindən sonra A.Hacıyev barəsində axtarış elan edilib və təxminən bir ay sonra o, Xətai Rayon Polis İdarəsi 34-cü bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

İstintaqın gedişi zamanı A.Paşayevin şübhəli davranışları polis əməkdaşlarında onun başqa cinayətlərdə əlinin olduğuna dair əsaslı şübhələr oyadıb. Bu səbəbdən A.Paşayevin ətrafında həyata keçirilən əlavə istintaq-əməliyyat tədbirləri ilə onun 2017-ci ilin dekabrından saxlanıldığı günə qədər Xətai rayonu ərazisində dörd azyaşlı qıza qarşı seksual xarakterli zorakılıq hərəkətləri etdiyi də müəyyənləşib.

Əsasən 9-12 yaşlı qızları izləyən A.Paşayev binaların girişində mərtəbələr arasındakı pilləkən sahələrində onlara hücum edərək seksual xarakterli hərəkətlər edib.

A.Paşayev yaxalandıqdan sonra ona Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin soyğunçuluq, azyaşlılara qarşı seksual xarakterli hərəkətlər etmə və quldurluq maddələri ilə cinayət işi qaldırılıb.

Buzovna qəsəbəsində fəhləliklə məşğul olan A.Hacıyev ilk cinayətə 24 noyabr 2017-ci ildə "imza atıb". O, Xətai rayonu ərazisində azyaşlı qızın məktəbdən evə tək getdiyini görüb onun arxasınca düşüb. Uşaq binanın blokuna daxil olduqda Amil də onunla birgə bloka girib. Pilləkənlərdə qıza yaxınlaşaraq arxadan onu qucaqlayıb. Qızcığaz qorxusundan kürəyindəki çantanı yerə ataraq qaçıb. Çantanı yerdən götürən Amil dərhal oradan uzaqlaşıb və yaxınlıqdakı parka gedərək izi itirmək üçün məktəblinin çantasını yandırıb.


Xəbərə aid foto