Bakının aldığı son model raketlərin imkanları...


Digərləri 01 Dek 2018 17:29:00 215 0

Bakının aldığı son model raketlərin imkanları...

Dünyada vəziyyət getdikcə daha gərgin və mürəkkəb xarakter alır. Böyük, Dünya müharibəsi, hətta İkinci İmperialist müharibəsi adlandıra biləcəyimiz müharibənin başlaması hissi çox qüvvətlidir. Vəziyyət həmçinin Cənubi Qafqaz regionunda da getdikcə qızışır.

Son.az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında beynəlxalq münasibətlərdə, o cümlədən Cənubi Qafqazda gərginləşən vəziyyəti şərh edən Rusiyanın aparıcı hərbi ekspertlərindən Aleksey Xlopotov deyib.

"Ermənistan daxili-siyasi və iqtisadi problemlərlə silkələnir. Əgər Ermənistan əvvəllər Rusiyanın siyasi kilvaterində kifayət qədər sıx şəkildə irəliləyirdisə, indi ölkə hakimiyyətinin dəyişməsindən sonra siyasi fırtınaların dalğaları onu bir istiqamətdən digərinə atır. Ermənistana ABŞ və İranın təsiri artır. Belə bir vəziyyətdə yeni və böyük münaqişə yaranması ehtimalı böyükdür. Buna görə də Azərbaycan mümkün olduğu qədər böyük müharibəyə hazır olmalıdır", - Xlopotov bildirib.

Azərbaycan Silahlı Qüvvələrinin hərbi hazırlığı və texniki təminatı barədə danışan ekspert ordumuzun bir sıra ölkələrdən aldığı ən müasir hərbi məhsullar sayəsində regionunun aparıcı gücünə çevrildiyini vurğulayıb. Xlopotovun sözlərinə görə, Belarusdan "Polonez", İsraildən isə LORA silahını əldə etməsi Azərbaycanın Cənubi Qafqaz regionunda dominantlıq etməsinə gətirib çıxarıb:

"Polonez" - yüksək effektli taktiki raket kompleksidir. Bu kompleks reaktiv yaylım atəş sistemləri ilə əməliyyat-taktiki raket sistemlərinin şərti aralığında yerləşir. Sistem birmənalı şəkildə Rusiyanın 300 millimetrlik "Smerç" reaktiv yaylım atəş sistemlərindən, bir sıra cəhətlərinə görə isə "İsgəndər-M" əməliyyat-taktiki raket komplekslərindən üstündür. Hazırda "Polonez"lərin iki variantı mövcuddur: V-200 və V-300. Burada rəqəmlər raketlərin maksimal atəş məsafəsini göstərir. Azərbaycan isə "Polonez"lərin ən inkişaf etmiş və uzunmənzilli raketlərə sahib versiyasını alır".

Ekspertin fikrincə, "Polonez" Azərbaycan ordusunun sahib olduğu yeganə şərti-strateji silah deyil. 2018-ci ildən ordumuzun silahlanmasına həmçinin İsrail istehsalı LORA silahı da daxil olub.

"LORA - tam bir əməliyyat taktiki raketidir. "İsgəndər"in əsl analoqudur. Rus silahının ixrac versiyası kimi onun da 250-280 kilometr atəş məsafəsi var. Azərbaycan Ordusunda birdən-birə belə iki sistemin mövcudluğu taktiki istifadə rahatlığı verir. Bu, hər hansı bir tərəfdən ehtiyat hissələri, komponentlər və döyüş sursatlarının təmin edilməsində müstəqillikdir. Müxtəlif sanksiyalar və siyasi şantajlara məruz qalan müasir dünyada isə bu olduqca əhəmiyyətlidir", - ekspert bildirib.

Rus ekspert həmçinin bir qədər əvvəl Belarus hərb sənayesinin elan etdiyi və silahın atəş məsafəsini 500 kilometrə qədər yüksəltməyə imkan verən "Polonez"lərin modernizasiyası məsələsinə də toxunub: