Həyat yoldaşının videosunu yayan kişinin aqibəti necə olacaq?


Digərləri 01 Dek 2018 17:17:00 241 0

Həyat yoldaşının videosunu yayan kişinin aqibəti necə olacaq?

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Bakıda kişinin həyat yoldaşının saçını qırxaraq foto və videosunu sosial şəbəkələrdə yaymasına münasibət bildirib.

Son.az bildirir ki, Report-un sorğusuna cavab olaraq Dövlət Komitəsindən bildirilib ki, hadisədən xəbərdardırlar. 

"Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin hadisədən xəbəri var. Məsələ nəzarətimizdədir. Həmin məsələ ilə bağlı, yaşayış yeri üzrə Monitorinq Komissiyası tərəfindən iş aparılır", - Dövlət Komitəsindən vurğulanıb.