Gömrükçülər külli miqdarda qanunsuz dərman preparatları aşkar edib


Digərləri 01 Dek 2018 16:57:57 226 0

Gömrükçülər külli miqdarda qanunsuz dərman preparatları aşkar edib

Daha bir uğurlu əməliyyat nəticəsində külli miqdarda dərman preparatları aşkar edildi

Bakı. Qərb Ərazi Baş Gömrük İdarəsi və Bakı Baş Gömrük İdarəsi əməkdaşlarının birgə keçirdiyi əməliyyat tədbirləri nəticəsində külli miqdarda dərman preparatlarının qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin və realizə edilməsinin qarşısı alınıb. Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, daxil olan məlumat əsasında Türkiyədən “Mersedes Benz 2528” markalı, 01 CB 168/01 ZA 568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində sənədlərdə qeyd olunmamaqla ölkə ərazisinə dərman preparatlarının gətiriləcəyi, Qazax rayonu ərazisində digər nəqliyyat vasitələrinə boşaldılaraq realizə ediləcəyi müəyyən edilib. Əməliyyat qrupu tərəfindən həmin nəqliyyat vasitəsi nəzarətə götürülüb və “Qırmızı Körpü” gömrük postundan ölkə ərazisinə daxil olduqdan sonra Qazax rayonunun Çaylı kəndi ərazisində yerləşən dayanacaqda bir qrup şəxs tərəfindən gözlənildiyi, eyni zamanda dərman preparatlarının daşınması üçün əvvəlcədən “DAF TE47MS” markalı, 90 DF 262/99 ZA 866 dövlət nömrə nişanlı avtomobilin əraziyə gətirildiyi, bundan başqa ərazidə “Opel-Zafira” markalı, 99 LV 826 dövlət nömrə nişanlı və “QAZ-3302” markalı, 85 BE 759 dövlət nömrəli nişanlı nəqliyyat vasitələrinin dayandığı müəyyən edilib.