İstanbulda güllələnən kriminal avtoritet “Əhmədli Ruslan” kimdir?


Kriminal 01 Dek 2018 16:49:00 604 0

İstanbulda güllələnən kriminal avtoritet “Əhmədli Ruslan” kimdir?

Noyabrın 30-da İstanbulda azərbaycanlı kriminal avtoritetin güllələnməsi ilə bağlı məlumatlar yayılıb.

Son.az Qaynarinfo-ya istinadən xəbər verir ki, avropa.info atışma nəticəsində yaralanan kriminal avtoritet "Əhmədli Ruslan"la bağlı məlumatlar əldə edib.

"Əhmədli Ruslan" adı ilə tanınan kriminal avtoritet Azərbaycanda Penitensiar Xidmətin 1 saylı cəzaçəkmə müəssəsində məhkumluq həyatı yaşayıb. 1-saylı cəzaçəkmə müəssəsində Rövşən Lənkəranskinin "praqon"u əsasında uzun müddət "vəziyyətə baxıb".