Daha 210 vərəsəyə birdəfəlik ödəmələr veriləcək


Digərləri 01 Dek 2018 15:34:00 246 0

Daha 210 vərəsəyə birdəfəlik ödəmələr veriləcək

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclasında şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul edilib.

Nazirlikdən Son.az-a verilən məlumata görə, iclasda bildirilib ki, ümumilikdə şəhid hərbi qulluqçulardan 9531 nəfərinin vərəsələrinin birdəfəlik ödəmə almaq hüququ müəyyən olunub. Onların vərəsəliyi  notarial qayada təsdiq edilir və birdəfəlik ödənişlə təmin edilmək üçün elektron qaydada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə göndərilir.

Təqdim olunmuş bu sənədlərə işçi qrupu tərəfindən baxıldıqdan sonra komissiya tərəfindən ödəmənin verilməsi barədə qərar qəbul olunur. Şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik ödəmə verilməsi dövlət başçısının mühüm sosial önəm kəsb edən humanist bir  addımı olmaqla, ölkəmizdə şəhid ailələrinə göstərilən diqqət və qayğının növbəti təzahürüdür.