Nəsimi rayonunda ağır qəza: piyada öldü


Digərləri 01 Dek 2018 15:24:00 219 0

Nəsimi rayonunda ağır qəza: piyada öldü

Nəsimi rayonunda yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Son.az-a verilən məlumata görə, A.Mustafayev küçəsində Gədəbəy rayon sakini Azər Allahverdiyev idarə etdiyi "Mitsubishi" markalı avtomobillə yolu keçən həmyerlisi Şahlar Mirzəyevi vurub və nəticədə piyada hadisə yerində ölüb.

Nəsimi RPİ tərəfindən araşdırma aparılır.