Xəyanətə görə arvadının başını qırxan kişini hansı cəza gözləyir?


Digərləri 01 Dek 2018 15:04:00 255 0

Xəyanətə görə arvadının başını qırxan kişini hansı cəza gözləyir?

Həyat yoldaşını ona xəyanət etdiyi üçün başını keçəl edən kişiyə cinayət işi açıla bilər.

Son.az bildirir ki, bunu oxu.az-a açıqlamasında hüquqşünas Ruslan Vəliyev bildirib.

Onun sözlərinə görə, heç kimin heç kəsi mühakimə etmək hüququ yoxdur:

"Əgər qadın xəyanət edib və kişi onu qəbul etmirsə, boşana bilər. Şəxsi alçaltmaq, onun şərəf və ləyaqətini aşağılamaq, təhqir etmək, qeyri-insani rəftar etmək yolverilməzdir. Digər tərəfdən qadının sifətində fiziki zorakılığın əlamətləri vardır.

Bu da olmaz. Görüntülər əsasında hüquq-mühafizə orqanları tərəfindən fakt üzrə cinayət işi başlanmalıdır".

Ruslan Vəliyev qeyd edib ki, qadına qarşı törədilən xəsarətin dərəcəsi ekspertizanın rəyindən asılı olaraq müəyyən edilir: