Ermənistan Rusiyadan yeni qırıcılar alır


Dünya 01 Dek 2018 14:49:00 191 0

Ermənistan Rusiyadan yeni qırıcılar alır

Ermənistan Rusiyadan SU-30CM tipli qırıcı təyyarələr alacağını bəyan edib.

Son.az oxu.az-a istinadla bildirir ki, Ermənistanın müdafiə naziri səlahiyyətlərini icra edən David Tonoyan bildirib ki, Rusiya qırıcı təyyarələrin alınması üçün Ermənistana 100 milyon dollar kredit verəcək.

"Biz bunun tez olmasını istəyirik. Artıq danışıqların yekun mərhələsindəyik",- deyə Tonoyan rusiyalı jurnalistlərə bildirib.

O, Rusiya ilə hərbi sahədə mühüm bir tədbirə hazırlıq getdiyini və bu sahədə sıx əməkdaşlıq edildiyini desə də, hansı tədbirdən söhbət getdiyini açıqlamayıb.