“Adlar və soyadlar haqqında” qanun layihəsi gündəmdən çıxarılıb?


Digərləri 01 Dek 2018 14:09:00 264 0

“Adlar və soyadlar haqqında” qanun layihəsi gündəmdən çıxarılıb?

"Adlar və soyadlar haqqında" qanun layihəsi komitəmizin gündəmindədir. Bu məsələ gündəmdən çıxarılmayıb. Çünki belə bir qanuna ciddi ehtiyac var.

Son.az bildirir ki, bunu oxu.az-a açıqlamasında akademik, Milli Məclisin (MM) Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

O, bildirib ki, bu məsələ 1990-cı illərdən bu yana artıq  neçə illərdir müzakirə və mübahisə mövzudur.

Onun sözlərinə görə, cəmiyyətin böyük əksəriyyəti adlarla və soyadlarla bağlı məsələnin hüquqi cəhətdən tənzimlənməsi ilə bağlı qanunvericilik aktının qəbulu istəyir.

Hələ illər öncə də özünün bu yöndə qanun layihəsi hazırladığını bildirən komitə sədri hesab edir ki, onun bir daha təkmilləşdirilərək, gələcəkdə müzakirələrə təqdim edilməsi mümkün ola bilər.