Azərbaycanda İİV infeksiyasından neçə nəfər ölüb?


Digərləri 01 Dek 2018 13:54:00 199 0

Azərbaycanda İİV infeksiyasından neçə nəfər ölüb?

Bu ilin 11 ayı ərzində Azərbaycanda İİV-ə yoluxması yeni aşkar olunan insanların sayı 547 nəfər təşkil edib ki, onlardan 529-u (96,7%) Azərbaycan vətəndaşı, 18-i (3,3%) isə əcnəbilərdir.

Son.az Trend-ə istinadən bildirir ki, Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Eldəniz Muradov bu gün keçirdikləri tədbirdə çıxışı zaman deyib.

E.Muradovun sözlərinə görə, ümumilikdə Respublika QİÇS-lə Mübarizə Mərkəzində İİV infeksiyası təsdiq olunmuş 6111 nəfər qeydiyyata götürülüb ki, onların da 4320-i (70,7%) kişi, 1791-i (29,3%) qadındır.

Mərkəz rəsmisi əlavə edib ki, bu il QİÇS mərhələsinə keçənlərin və QİÇS mərhələsində aşkarlananların ümumi sayı 149 nəfər olub. Ümumilikdə QİÇS mərhələsində olanlar 1601 nəfər təşkil edir. İİV infeksiyasından dünyasını dəyişən vətəndaşların sayı 950 nəfərdir.