Demet özündən çıxdı: "Kimin mülkünü qaçırmışam?"


Digərləri 01 Dek 2018 13:34:00 222 0

Demet özündən çıxdı: "Kimin mülkünü qaçırmışam?"

Sentyabrda boşandıqdan sonra yenidən əri Okan Kurtla bir araya gələn Demet Akalın haqqında çıxan "Mülk qaçırtmaq üçün boşandı" sözlərinə cavab verib. 

Son.az axşam.az-a istinadən bildirir ki, Okanın ailə şirkətinə borcları ucbatından polislər gələndən sonra 6 illik evliliyini bitirən müğənni özündən çıxıb. 

Demet ünvanına deyilənlərə "Hansı insan bu biabırçılığı özünə yaraşdırar? Mənim evimə niyə bank işçiləri gəldi bilirsiz? Ərimin qardaşı evimi ofis kimi müştəriyə göstərib. Bu hadisədən sonra kondisionerlərimi belə sökdülər. Evim su içində idi, niyə bunları yaşadım? Ərimə buna görə əsəbiyəm. Okan nəyi mənim adıma keçirib ki, mülk qaçırdım? İllərdir öz pulumu özüm qazanıram. Boğazımdan heç kimin loxması keçməyib. Mənim evlilik müqaviləm var" cavabını verib.