Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edib (FOTO)


Digərləri 01 Dek 2018 12:11:00 220 0

Mədəniyyət naziri Cəlilabadda vətəndaşları qəbul edib (FOTO)

Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir.

Bakı. Ölkə başçısının müvafiq tapşırığına əsasən, hər ay mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda əhali ilə görüşləri keçirilir. Mədəniyyət Nazirliyinin Mətbuat Xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının mədəniyyət naziri Əbülfəs Qarayev noyabrın 30-da Cəlilabad şəhərindəki Heydər Əliyev Mərkəzində Lənkəran şəhərindən, Cəlilabad, Astara, Lerik, Masallı və Yardımlı rayonlarından vətəndaşları qəbul etdi. Qəbuldan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olundu. Abidə önünə tər çiçək dəstələri düzüldü. Sonra nazir Heydər Əliyev Mərkəzinin fəaliyyəti ilə tanış oldu, tapşırıq və tövsiyələrini verdi. Qəbulda vətəndaşların müxtəlif məsələlərlə bağlı müraciətlərinə baxıldı. Lənkəran şəhərindən qəbula yazılan sakinlər Bəlləbur kəndində yerləşən “Bəlləbur” qalasında arxeoloji işlərin aparılması, işlə təmin olunma və digər məsələlərlə bağlı xahişlərini nazirə çatdırdılar.