Baş nazir sammiti "zəhərlədi"


Dünya 01 Dek 2018 11:44:00 196 0

Baş nazir sammiti "zəhərlədi"

Britaniyanın baş naziri Tereza Mey "Böyük İyirmilik" (G20) ölkələrinin dövlət və hökumət başçılarının Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilən sammitində diplomatik qalmaqallara səbəb olub.

Son.az CNN-ə istinadən bildirir ki, Səudiyyə Ərəbistanının varis şahzadəsi Məhəmməd bin Salmanla görüş zamanı Tereza Mey jurnalist Camal Haşoqqinin vəhşicəsinə qətlinin tam təfərrüatları ilə araşdırılmasını, qatillərin və onlara əmr verənlərin cəzalandırılmasını gözlədiyini deyib.

Səudiyyə Ərəbistanının hakimiyyətinə müxalif mövqedə olan məşhur jurnalist C.Haşoqqi oktyabrın 2-də ölkənin İstanbuldakı baş konsulluğunda qətlə yetirilib və onun cəsədi şaqqalanıb.

Şahzadə Məhəmmədlə görüş əsnasında çox sinirli və qəzəbli görünənTereza Meyin mimikası operatorların kameralarından yayınmayıb

Daha sonra Tereza Mey Kerç boğazındakı insidentlə bağlı açqılama verib. O, Rusiyanın ukraynalı dənizçilərlə Ukraynanın hərbi gəmilərini həbs etdiyini deyib, bu həbslərin qanunsuz olduğunu vurğulayıb. T.Mey dənizçilərin dərhal azad olunmasını tələb edib. O, Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini də istisna etməyib.

Rəsmi Moskva T.Meyimn bu açıqlamalarını "Buenos-Ayresdəki sammitin ab-havasını zəhərləyən və konstruktiv dialoqa maneələr yaradan sözlər" adlandırıb.

Videonu izləmək üçün şəklə klikləyin:


Xəbərə aid fotolar