Heydər Əliyev Mərkəzində "Soprano" art qrupunun konserti keçirildi


Kriminal 01 Dek 2018 10:54:00 281 0

Heydər Əliyev Mərkəzində "Soprano" art qrupunun konserti keçirildi

Noyabrın 30-da Heydər Əliyev Mərkəzində Rusiyanın Xalq artisti Mixail Turetskinin "Soprano" art qrupunun konserti keçirilib.

Son.az bildirir ki, Mərkəzdən Trend-ə verilən məlumata görə, tamaşaçıları Azərbaycan dilində salamlayan qrup üzvləri Bakıda ilk dəfə çıxış etdiklərini və bu axşam izləyicilərə gözəl musiqilər bəxş edəcəklərini bildiriblər. Kollektiv konsertdə peşəkar ifa, müxtəlif janrları əhatə edən rəngarəng proqram, sürprizlərlə zəngin şou təqdim edib.

"Soprano" Mixail Turetskinin unikal vokal layihəsidir - qadın səslərinin toplusudur. Art qrupda ən yüksək - koloratur sopranodan ən aşağı - mezzoyadək fərqli səslərə rast gəlmək mümkündür. Kollektivin repertuarına müxtəlif janrlarda əsərlər - klassika, pop, rok, folklor, caz daxildir. Qrup musiqi şoularını auditoriya ilə interaktiv şəkildə təqdim edir.

"Soprano" bir sıra beynəlxalq idman tədbirlərinin-Soçidə keçirilmiş "Formula 1" Qran-pri yarışının, hər il keçirilən "Birinci kanalın kuboku" xokkey turnirinin və s. musiqili səfiri olub.