Bu kadrları izləyən Tacir HÖNKÜRDÜ, oğlu


Digərləri 01 Dek 2018 10:24:00 341 0

Bu kadrları izləyən Tacir HÖNKÜRDÜ, oğlu

3 il öncə faciəvi şəkildə qardaşını itirən Tacir Şahmaloğlu "ŞOU ATV" proqramında hönkür-hönkür ağlayıb.

Son.az xəbər verir ki, Nanə Ağamalıyevanın müğənninin qardaşı Mahir Allahverdiyevin ölümü ilə bağlı hazırladığı süjet, Tacir və oğlunun efirdə gözyaşlarına səbəb olub.

Bütül zalın qəhərləndiyi həmin süjetdən sonra Tacirin etdiyi etiraf isə aparıcı Nanə başda olmaqla hər kəsi məəttəl qoyub.

Müğənni Xəzərdə batan qardaşının cəsədi tapılana kimi 4 gün dənizin sahilindən çəkilməyib. Hətta vəziyyət o yerə çatıb ki, Tacir özü qardaşını axtarmaq üçün "vadalaz" geyimində Xəzərin dibinə enməli olub. Bu axtarışının da nəticəsiz qaldığını görən müğənni, qardaşının cəsədini tapa bilməyəcəyi qorxusundan şəkər xəstəliyinə tutulur. Nəhayət T.Şahmaloğlunun qardaşının cəsədini yoxa çıxandan 4 gün sonra Xəzərin ləpələri sahilə çıxarır.


Xəbərə aid fotolar