Adambaşına 725,3 manatlıq ödənişli xidmətlərdən istifadə olunub


Digərləri 01 Dek 2018 10:08:00 221 0

Adambaşına 725,3 manatlıq ödənişli xidmətlərdən istifadə olunub

2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz artaraq 7 milyard 117,0 milyon manat olub.

Bakı. Elçin Mehdiyev - 2018-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanda əhaliyə göstərilən ödənişli xidmətlərin dəyəri 2017-ci ilin eyni dövrü ilə müqayisədə real ifadədə 2,7 faiz artaraq 7 milyard 117,0 milyon manat olub. Trend-in məlumatına görə, hüquqi şəxslər tərəfindən əhaliyə 5 milyard 203,8 milyon manatlıq xidmət göstərilib ki, bu da xidmətlərin ümumi dəyərinin 73,1 faizini təşkil edib.