Dayanmadurma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar ediləcək


Digərləri 01 Dek 2018 09:03:00 217 0

Dayanmadurma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar ediləcək

Gələn ildən dayanma-durma qaydalarına riayət etməyən sürücülər kamera vasitəsilə aşkar edilib cərimə olunacaq.

Son.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında Bakı Nəqliyyat Agentliyinin (BNA) İdarə Heyətinin sədri Vüsal Kərimli deyib.

O bildirib ki, həllini gözləyən əsas məsələlərdən biri Bakı küçələrindəki tıxaclarla bağlıdır: "Söz yox ki, tıxaclar dünyanın bütün paytaxt şəhərlərində var. Lakin süni yollarla tıxaclar və ya nəqliyyatın hərəkətində sıxlıqların yaradılmasının qarşısını almaq istiqamətində iş gedir. Bəzi yerlərdə qeyri-qanuni parklamalar, hansısa tikinti şirkətinin icazəsiz olaraq inşaat işləri aparması, yaxud da bina tikintisi zamanı yola çıxışın düzgün hesablanmaması süni tıxaclara səbəb olur".