Dünya mobil trafikinin həcmi 79 faiz artıb


Digərləri 01 Dek 2018 08:25:00 260 0

Dünya mobil trafikinin həcmi 79 faiz artıb

Cari ilin üçüncü rübündə qlobal mobil trafikin həcmi 2017-ci ilin analoji dövrü ilə müqayisədə 79 faiz artıb. Bu artım göstəricisi 2013-cü ildən ən böyük artım olub. Bu barədə telekommunikasiya avadanlığı istehsalçısı "Ericsson" şirkətinin tədqiqatında deyilir.

Son.az ICTnews-a istinadən bildirir ki, istifadə edilən mobil trafikin həcminə görə lider Şimali Amerikadır. Burada bir smartfona orta hesabla ayda 8,6 giqabayt düşüb. Belə istehlak səviyyəsi ayda 12 saat HD formatlı videonu seyr etməyə bərabərdir.   Bununla yanaşı, məlumatların ötürülməsi həcmində cüzi artım Şimal-Şərqi Asiyada müşahidə olunub. Burada bir smartfon üçün trafikin həcmi 140 faiz artaraq ayda 7,3 giqabayta çatıb (10 saat HD formatlı videoya bərabərdir).

"Ericsson" şirkətinin proqnozuna görə, istifadə edilən məlumat həcmində artım tendensiyası davam edəcək - 2018-2024-cü illər ərzində trafik 5 dəfə artacaq və 2024-cü ildə "5G" şəbəkələrində mobil trafikin 25 faizi emal ediləcək.