"Dünyanı dəyişmək üçün həftədə minimum 80 saat çalışmaq lazımdır"


Digərləri 01 Dek 2018 08:11:00 332 0

"Dünyanı dəyişmək üçün həftədə minimum 80 saat çalışmaq lazımdır"

Tesla və SpaceX kimi şirkətlərin CEO-su Elon Musk-ın fikrincə iki istirahət günü ilə gündəlik 8 saatlıq iş rejiminə sahib iş həftəsi texniki tərəqqi üçün faydasız sistemdir.

Son.az technote.az-a istinadən bildirir ki, onun fikrincə iddialı planlara sahib insan iki dəfə daha çox çalışmalıdır. İş qrafiki barəsində ideyasını Musk öz Twitter hesabında paylaşıb. Belə ki, Musk öz Twitter hesabında The Wall Street Journal-ın bir məqaləsinin linkini paylaşıb. Həmin məqalədə qeyd olunub ki, gərgin iş qrafikinə baxmayaraq bir çox gənc və bacarıqlı şəxslər məhz Tesla şirkətinə işə düzəlməyə çalışırlar.

"Gəlin birlikdə yeni və təəccübləndirici texnologiyalar yaradaq. Əgər nəticə əldə etmək istəyirsinizsə, SpaceX, Tesla, Boring Company və Neuralink kimi şirkətlərə müraciət edin" - deyə Musk qeyd edib. Sözügedən hər 4 şirkət Musk tərəfindən təsis edilib və Musk tərəfindən də idarə olunur. Bu cür gərgin iş rejimi çərçivəsində Musk istirahət günləri olmadan iş problemlərini həll edir. Avqust ayında olmuş müsahibələrinin birində Musk bildirmişdi ki, gərgin iş rejimi səbəbilə o, qardaşının evlilik mərasiminə gedə bilməmişdi və öz ad günündə Tesla şirkətinin fabrikində gecələmişdi.