Pilotsuz təyyarələr meşələr salacaq


Digərləri 01 Dek 2018 08:15:00 241 0

Pilotsuz təyyarələr meşələr salacaq

Yanğınlar nəticəsində məhv olmuş meşələrin bərpa edilməsi problemi dünyanın bir çox regionları üçün aktualdır.   Son.az ICTnews-a istinadən bildirir ki, 2015-ci ildə təsis edilmiş "DroneSeed" şirkəti tərəfindən hazırlanmış texnologiya insanların iştirakı olmadan ağaclar əkməyə imkan verəcək.   Startap tərəfindən hazırlanmış "DroneSeed" pilotsuz kvadrokopteri ərazinin üçölçülü xəritəsini hazırlamağa imkan verəcək lidar, həmçinin torpaq və bitkinin xüsusiyyətlərini təhlil edən multispektral kamera ilə təchiz edilib. Bu məlumatlar əsasında süni intellektlə işləyən alqoritm yeni əkiləcək ağaclar üçün lazımi yeri müəyyənləşdirir.