BMT Baş Assambleyası Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib


Dünya 01 Dek 2018 08:02:00 236 0

BMT Baş Assambleyası Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib

BMT Baş Assambleyası cümə günü Fələstini dəstəkləyən və İsrail işğalını pisləyən beş qətnamə qəbul edib.

Son.az "Report"a istinadən bildirir ki, illik əsasda təsdiq olunan sənədlər Fələstin xalqının öz müqəddəratını müəyyənləşdirməsi, həmçinin Yaxın Şərq nizamlanmasına kömək etməyi nəzərdə tutur.

Bütün qətnamələr səs çoxluğu ilə qəbul olunub. Hər bir sənədin qəbluna qarşı çıxan ölkələrin sayı 14-ü keçməyib. Onların əleyhinə səs verən ölkələr arasında ABŞ, İsrail, Kanada və Avstraliyanın adı var.