Əşyaları görünməz edən yeni texnologiya yaradılıb


Digərləri 01 Dek 2018 08:05:00 244 0

Əşyaları görünməz edən yeni texnologiya yaradılıb

İspaniyanın Estremadur Universitetinin tədqiqatçılarının apardığı yeni işdə bir sıra obyektləri görünməz edən materialların elektromaqnit xüsusiyyətləri öyrənilib.

Son.az ICTnews-a istinadən bildirir ki, layihənin ideyası görünməzliyə kənar örtüklə deyil, aşqar materiallar vasitəsilə nail olmaqdan ibarətdir. Tərtibatçıların sözlərinə görə, görünməz örtüklər yaratmağa imkan verən əksər üsullar işığı obyektin ətrafından keçməyə məcbur edən müəyyən materialların qeyri-adi xüsusiyyətlərindən istifadə edir. Bu metodu aşqarların köməyi ilə həyata keçirmək mümkün deyil, çünki obyekt işığın təsirinə məruz qalır və istənilən halda onunla əlaqəyə girməyə məcbur olur. Yeni tədqiqat obyekti və onun aşqarını eyni anda görünməz edən plazmonik maskalanmadan istifadəni nəzərdə tutur.