Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi


Digərləri 01 Dek 2018 02:59:14 242 0

Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi

Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda musiqi gecəsi keçib.

Bakı. Beynəlxalq Muğam Mərkəzinin “Qəzəllər” layihəsi çərçivəsində böyük Azərbaycan şairi və maarifçisi Seyid Əzim Şirvaninin qəzəlləri mövzusunda musiqi gecəsi keçib. Mərkəzdən Trend-ə verilən məlumata görə, gecədə xanəndələr Sədəf Budaqova, Elgiz Əliyev və Gülzar Fərəcovanın ifasında Seyid Əzim Şirvaninin qəzəllərinə “Zabul Segah” muğamı səslənib. Xanəndələri tarda Nurlan Cəbizadə, kamançada Müşfiq Lətifov, balabanda Rafael Əsgərov, nağarada Vüsal Bayramov müşayiət edibilər.