Vergilərin artırılmasının səviyyəsinə görə Avropa lideri


Dünya 30 Noy 2018 23:18:00 255 0

Vergilərin artırılmasının səviyyəsinə görə Avropa lideri

Artıq üçüncü ildir Fransa vergilərin artırılmasının səviyyəsinə görə Avropa İttifaqında birinci yerdədir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, Avropa İttifaqı Statistika Bürosunun (Eurostat) məlumatına görə, ötən il Fransa vergi yükü üzrə (ümumi daxili məhsulun 48,4 faizi) birinci, Belçika (47,3 faizi) ikinci, Danimarka (46,5 faizi) isə üçüncü yerdə olub. İrlandiya məcburi vergi ödəmə yükünə görə (23,5 faiz) ən gəlirli ölkədir.