Xeops texnologiyası Məşhur piramida necə inşa edilib?


Digərləri 30 Noy 2018 23:09:00 771 0

Xeops texnologiyası  Məşhur piramida necə inşa edilib?

Arxeoloqlardan ibarət beynəlxalq qrup Xatnuba karyerində iri daş blokların qaldırılması üçün istifadə edilən pandus izləri aşkar edib.

Son.az "ölkə.az"-a istinadən bildirir ki, qədim misirlilər ərazidə kirəc çıxarırdılar. Pandusun izləri 4.5 min il əvvələ aiddir. Alimlərin sözlərinə görə, bu qurğular piramidaların inşasında istifadə edilib.

Fransanın Şərqi Arxeologiya institunun alimləri və İngiltərənin Liverpul universitetinin arxeoloqları rampa izlərini Xatnuba karyerində, Luksordan şimaldakı Ərəb səhrasında tapıblar.

Qədim misirlilər kirəc və əhəngdən heykəl, sərdabə aksessuarları, sarkofaq, qab-qacaq hazırlayırdılar. Alimlər əvvəllər misirlilərin ağır əhəng bloklarını tikinti meydançasına necə qaldırdıqlarını bilmirdilər. Ehtimal edilirdi ki, onlar bu iş üçün rampadan istifadə ediblər. Amma bu günə qədər də bu hipotezi sübut edəcək rampa tapılmamışdı.