Gürcüstanda marixuanadan istifadəyə görə cəzalar sərtləşdirilib


Dünya 30 Noy 2018 22:39:00 435 0

Gürcüstanda marixuanadan istifadəyə görə cəzalar sərtləşdirilib

Gürcüstan parlamenti marixuanadan istifadə ilə bağlı ölkənin Daxili İşlər Nazirliyinin hazırladığı qanun layihəsini üçüncü oxunuşda qəbul edib.

Son.az "report"-a istinadən bildirir ki, yeni qanunla marixuanadan istifadayə sərt qanun çərçivəsində nəzarət olunacaq.

Yeni qanuna əsasən, marixuanadan istifadəyə yalnız şəxsi məkanda yol veriləcək. İstənilən ictimai yerlərdə marixuanadan istifadəyə cəza tətbiq olunacaq. Xidməti vəzifələrini yerinə yetirən zaman müəyyən peşə sahiblərinə (müəllim, həkim, dövlət məmuru və s.) marixuanadan istifadə qadağan olunub.