Bakının məşhur iş mərkəzi bağlanır


Digərləri 30 Noy 2018 22:22:00 242 0

Bakının məşhur iş mərkəzi bağlanır

Paytaxtın Yasamal rayonu, Nizami küçəsi 1 ünvanında yerləşən məşhur "Nizami Palace" (keçmiş "Safir Palace") iş mərkəzinin söküləcəyi ilə bağlı məlumat yayılıb. 

Son.az bildirir ki, bu barədə BakuPost-a iş mərkəzində ofis icarə edən şirkətlərdən məlumat daxil olub.

Bildirilir ki, binada çoxsaylı çatlar yaranıb, təhlükənin artdığı üçün gələn ilin aprelinə qədər iş mərkəzini tərk etməlidirlər. Eyni zamanda nəzərə çatdırılıb ki, apreldə iş mərkəzinin tamamilə sökülməsinə başlanaсaq, yerində isə yaşayış binası tikiləcək. 

Qeyd olunur ki, həmin ərazi sürüşmə zonasında yerləşir. Nərimanov heykəlinin ətrafında yerləşən bu ərazi 2002-ci ildən sürüşmə zonası kimi qeydə alınıb.