Qədim qayaüstü rəsmlərin ulduz sisteminin xəritəsi olduğu aşkar edilib


Digərləri 30 Noy 2018 21:42:00 334 0

Qədim qayaüstü rəsmlərin ulduz sisteminin xəritəsi olduğu aşkar edilib

Paleolit və neolit dövrünün qayaüstü heyvan şəkillərinin bürclərin təsviri olması aşkar edilib. Bu barədə Edinburq Universitetinin saytında bildirilir.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, alimlər əvvəllər rəsmlərin məişət şəraiti və ya ov səhnələrinin təsviri olduğunu hesab edirdilər. Lakin Türkiyə, İspaniya, Fransa və Almaniyadakı mağaraları diqqətlə öyrəndikdən sonra onlar belə nəticəyə gəliblər ki, rəsmlər nümunəvi texnologiya üzrə yaradılıb və astronomiya sahəsində mühüm bilikləri təsdiqləyir.

Tədqiqatçıların fikrincə, bu kəşf deməyə əsas verir ki, hələ 40 min il bundan əvvəl insanlar ulduzların yerdəyişməsi barədə biliklərindən istifadə edərək zamanı izləyirdilər.