RİA Novosti: Rusiyaya qarşı sanksiya müzakirələri başlayır


Digərləri 30 Noy 2018 20:40:00 214 0

RİA Novosti: Rusiyaya qarşı sanksiya müzakirələri başlayır

Polşa və Böyük Britaniya Kerç boğazındakı insidentlə bağlı Rusiyaya qarşı sanksiyaların gücləndirilməsi məsələsinin müzakirəsinə başlayıb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, iki ölkənin addımını İsveç və Baltikyanı ölkələr də dəstəkləyib.

Bu məlumatı RİA-ya Brüsseldəki mənbələrindən biri təsdiqləyib. Mənbənin sözlərinə görə, sözügedən bəyanat 3 gün öncədən razılaşdırılıb.

Qeyd edək ki, Rusiya 25 noyabrda Ukrayna Hərbi Dəniz Qüvvələrinə məxsus 3 gəmiyə hücum edib. Silahlı hücumdan və tarandan sonra gəmilər zəbt edilib və yedəyə alınaraq 24 əsirlə birgə Kerç limanına aparılıb.