Olimpiya oyunlarında boks yarışları "donduruldu"


İdman 30 Noy 2018 20:30:00 281 0

Olimpiya oyunlarında boks yarışları "donduruldu"

Beynəlxalq Olimpiya Komitəsi (IOC) 2020-ci il Tokio Yay Olimpiya Oyunlarında boks yarışının keçirilməsi ilə bağlı planlarını dondurub.

Goal.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, qərarı Beynəlxalq Həvəskar Boks Assosiasiyası (AIBA) ilə bağlı araşdırmalarla əlaqədar IOC-un İcraiyyə Komitəsi qəbul edib.

Qurum AIBA-nın maliyyə, idarəetmə və etika sahəsindəki fəaliyyəti ilə maraqlanır. Beynəlxalq Olimpiya Komitəsi məsələnin müzakirəsinə ilin sonunadək yenidən qayıda bilər.

IOC 2024-ci il Paris Yay Olimpiya Oyunlarında ağırlıqqaldırma idman növünün proqramda saxlanılmasına baxılma məsələsini də təxirə salıb. Bu barədə qurumun ictimaiyyətlə əlaqələr üzrə direktoru Mark Adams mətbuat konfransında məlumat verib. Qərar əvvəlki olimpiadalarda bu idman növündəki müsbət nəticəli dopinq testlərin çox olması ilə əlaqələndirilib. (report)