İstanbulda böyük zəlzələ gözlənilir?


Digərləri 30 Noy 2018 20:12:00 223 0

İstanbulda böyük zəlzələ gözlənilir?

Türkiyənin Yalova bölgəsinin Çinarcıq mahalında səhər saatlarında baş verən 4.1 bal gücündə zəlzələ Böyük İstanbul zəlzələsini yenidən gündəmə gətirib.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə "Hürriyət"in suallarını İstanbul Texniki Universitetinin professorları Övgün Əhməd Ərcan və Okan Tüysüz cavablandırıb.

"Şimali Anadolu fay xəttindəki qırıq 99-cu ildəki Gölcük zəlzələsindən sonra iki yerə bölündü. Bunlardan biri Çinarcıq çuxurunun yerləşdiyi bölgədən İstanbulun Ovçular bölgəsinə doğru yönəldi. Bu, İstanbula doğru yönələn qırıq idi, qırıq daha uzağa gedə bilmədi. Çünki yerin altında 2 kilometrlik maqma yüksəlişi var. Yer qabığının qırılma meylini azaltdığı üçün gözlənilən İstanbul zəlzələsi olmadı. Qırılma yer qabığına ilişəndə gərginlik yaranır. Belə vəziyyətlərdə gərginlik qırığın uc nöqtələrində toplanır. Buranı təkrar qırması üçün yığılmalı olan güc 6 milyard giqatona bərabərdir. İndi bu gücü topladığı şəraitdə kiçik zəlzələlər baş verir. Bunlardan biri bu gün oldu. Zəlzələ Şimali Anadolu qırığının cənub qolunda baş verdi. Burada şübhə oyadan bir məqam var. Gözlənilən Böyük İstanbul zəlzələsi İstanbul üzərində olacaq, yoxsa İmralı bölgəsində? Əgər gözlənilən zəlzələ Çinarcıq, Gəmlik körfəzi ərazisində olacaqsa, 6.4-6.4 bal arasında hiss olunacaq. Bu zəlzələni böyük zəlzələnin əlaməti saymaq olmaz, ancaq gərginliyin toplandığına işarə ola bilər. Hazırda orada bir gərginlik boşalması olmalıdır. Mərmər çox böyük bir zəlzələyə səbəb olacaq miqdarda gərginlik toplaya bilib? Mənim fikrimcə, hazırda kifayət qədər gərginlik yoxdur", - Ərcan bildirib.

Məsələyə münasibət bildirən professor Okan Tüysüz də narahatlığa səbəb olacaq bir vəziyyətin olmadığını qeyd edib: