BP Xəzərdə süni ada yaratmağı planlaşdırır


Digərləri 30 Noy 2018 20:04:00 273 0

BP Xəzərdə süni ada yaratmağı planlaşdırır

"BP-Azerbaijan" "Dayazsulu Abşeron" layihəsi çərçivəsində Qarabataq adası tərəfdə süni ada yaratmağı planlaşdırır.

Son.az Report-a istinadən xəbər verir ki, bu barədə "BP-Azerbaijan" şirkətinin əlaqələr, xarici işlər və strategiya üzrə vitse-prezidenti Bəxtiyar Aslanbəyli bildirib.

"2019-cu ildə Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə iki kəşfiyyat quyusunun qazılması planlaşdırılır. Kəşfiyyat quyularından biri Qarabataq adası tərəfdə qazılacaq və burada süni adanın yaradılması nəzərdə tutulub. Həmin ərazidə suyun dərinliyi 3-5 metr təşkil edir",- deyə B.Aslanbəyli məlumat verib.

O xatırladıb ki, Abşeron yarımadasının ətrafındakı dayazsulu sahədə, ümumilikdə, 3 yerdə kəşfiyyat quyusu qazılacaq.

Bundan başqa, vitse-prezident bildirib ki, 2019-cu ildə daha iki kəşfiyyat quyusu qazılacaq. "Bu quyuların "Şəfəq-Asiman" perspektiv strukturunda və "Qobustan" layihəsində qazılması nəzərdə tutulub".