ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub (FOTO)


Digərləri 30 Noy 2018 19:50:00 236 0

ABŞ-ın müvəqqəti işlər vəkili Naxçıvanda olub (FOTO)

ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Viliyam Gill noyabrın 29-30-da Naxçıvan Muxtar Respublikasına səfər edib.

Bakı. ABŞ səfirliyinin müvəqqəti işlər vəkili Viliyam Gill noyabrın 29-30-da Naxçıvan Muxtar Respublikasına səfər edib. Səfirlikdən Trend-ə verilən məlumata görə, diplomat Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov, Dövlət Energetika Xidmətinin rəhbəri Namiq Paşayev, Ombudsman Ülkər Bayramova və əmək və sosial müdafiə naziri Cavid Səfərovla görüşlər keçirib. Müvəqqəti İşlər Vəkili Villiyam Gillin səfəri əlilliyi olan insanların cəmiyyətə inteqrasiyası, energetika və iqtisadiyyat sahələrində tərəfdaşlıq kimi ortaq prioritetlərin müzakirəsi üçün gözəl fürsət idi.